Göyçayda şəhid atası prezidentdən və Mehriban Əliyevadan kömək istəyir

RegionXəbərləri.com saytına müraciət edən Göyçay rayon Üngütlü kənd sakini şəhid atası Nadirov İlyas Şirməmməd oğlu Prezidentdən və Mehriban Əliyevadan kömək istəyir.
"Göyçay rayonunda özbaşınalıq baş alıb gedir.Rayonda həll edilməyən problemlərə görə sakinlər çox əziyyət çəkirlər.
Mən Vətən müharibəsində şəhid olmuş Fərid Nadirovun atasıyam.Fərid mənim yeganə övladım idi. İçməli suyun olmamasına görə çox əziyyət çəkirəm.Hansı ki, kənddə həmişə bol suyu olan evimə yaxın artezan quyusunda su yoxa çıxıb. Evimdən təxminə 800 metr aralıda olan artezan quyusundan su gətirib işlədirik.Buna görə çox əziyyət və zülm çəkirəm.
Su probleminin həll edilməsi üçün bir neçə dəfə Göyçay rayon İcra Hakimiyyəti başçısına, Göyçay rayon Su Kanal İdarəsinin rəhbərliyinə müraciət etmişəm. Ancaq hər dəfə mənə "problem tezliklə həll ediləcək" deyə-deyə məni aldadıblar.
Mən illər öncə ehtiyatsızlıq ucbatından ağacdan yıxılmışam. Nəticədə sağ qolum sınmışdır. Həmin qol tam olaraq normal fəaliyyət göstərmədiyindən sınıq qolla su daşımaq mənim işimi daha da ağırlaşdırır. Hər gün əziyyətlə su daşımaqdan narahat oluram çox əziyyət çəkirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm.
Hörmətli Prezident Hörmətli Mehriban xanım göydə Allaha yerdə ancaq sizə ümüd edib xahiş edirəm su problemimin həll edilməsində mənə köməklik göstərəsiniz."
RegionXəbərləri.com

Paylaş:
Müəllif : Fuad
Tarix:29-07-2021, 08:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-07-2021, 08:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.