Kəmaləddin Heydərovun Bakıda ləğv edilən şirkəti Dubayda peyda oldu

“Ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Auto UEI Azerbaijan” şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumat yaymışdı. Lakin məsələnin mahiyyəti başqa imiş. Belə ki, sözügedən şirkət 2013-cü ildə qeydiyyatdan keçsə də, 2015-ci ildə UEI AUTOMOTİVE HOLDINGS LIMITED adı ilə Dubaya transfer edilib”.
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, Azərbaycanda ləğv edilən, sadəcə, şirkətin adıdır:
“United Enterprises International Ltd” 2009-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun təsisçiliyi ilə qeydiyyatdan keçib”.
Jurnalist vurğulayır ku, Dubai BOX 58075 ünvanında qeydiyyatda olan UEI AUTOMOTİVE HOLDINGS LIMITED offşor şirkəti Fövqəladə hallar nazirinə məxsus “United Enterprises International Ltd” tərəfindən təsis edilib və onun adından çıxış etmək hüququ Britaniya vətəndaşı Robert John Baker həvalə edilib.
“Bu şirkət üzərindən BƏƏ-də, JAFZA offşor zonasında nizamnamə kapitalı 1000 dinar olmaqla UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİTED təsis edilib. Şirkətin idarəçiliyini Dubaydakı AL SUWAİDİ & COMPANY həyata keçirir.
Səhmlərin 990-ı UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİT-ə aiddir. 10 səhm isə AL SUWAİDİ & COMPANY hüquq və menecment şirkətinin təmsilçisi qismində Hindistan əsilli SUNEER KUMAR-a məxsusdur”.
Cavanşir Həsənli yazır ki, Heydərovları “CƏBƏL ƏLİ” offşor zonasına cəlb edən isə “Cəbəl Əli Palması”dır. “Söhbət süni yaradılmış Palma adalarından gedir. Fövqəladə hallar nazirinin burada daşlnmaz əmlakının olduğu barədə məlumatlar var.
MCKHL (OCCRP) tərəfindən əldə edilən Dubaydakı mülklərin 2014-2016-cı illərdəki məlumat bazasında göstərilir ki, Nicat və Tale Heydərovlar Palma adalarında 33 milyon dollar dəyərində 9 dəbdəbəli mülkə sahibdirlər”. Cavanşir Həsənli sonda Heydərovun Şuşada özünə regionla mərkəz tikmək adı ilə torpaq zəbt etmək istəyinə dair maraqlı sual verib: “Sizcə, 300 hektarlıq Şuşa Heydərovlar üçün neçə villa demək idi?”
Paylaş:
Müəllif : Fuad
Tarix:15-02-2021, 08:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-02-2021, 08:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?