Azərbaycan rus təyyarələrinə hücum edibmi? – Ekspert bu iddiaya aydınlıq gətirir

Putinə və digər sahiblərinə bütün yalvarışları nəticə verməyən Paşinyan hökuməti çarəni Rusiya ictimai rəyini aldatmağa yönəlmiş dezinformasiyalar yaymaqda görür.
regionxeberlericom.az bildirir ki, Ovqat.com-un məlumatına görə, İrəvan bu siyasəti Rusiyanın ermənipərəst mediasının vasitəsilə həyata keçirməyə çalışır.
Avia.pro-nun yaydığı məlumatda iddia olunur ki, Azərbaycan İrəvan yaxınlığındakı hərbi bazada yerləşən Rusiya hərbi təyyarələrinə və vertolyotlarına raket atıb. Guya raketlər hədəfə dəymədən onların yanına düşüb.
Portalın təxminlərinə görə, atılan raketlərin hədəfi bir neçə gün əvvəl İrəvana uçmuş İl-76 hərbi təyyarəsi və Rusiya Aerokosmik Qüvvələrinin vertolyotları ola bilər.
O da iddia edilir ki, ilk əvvəl raket zərbələri Ermənistan Atom Elektrik Stansiyasını vurmaq cəhdi kimi qəbul edilib. “Lakin Tochka-U raketlərinin məhdud mənzilə sahib olduğunu nəzərə alsaq, bu raketlər yalnız İrəvana zərbə vurmaq üçün kifayət edər. Azərbaycan ordusunun ən əhəmiyyətli hədəfi isə Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin və helikopterlərinin yerləşdiyi hava limanıdır”,-“xəbər”də belə deyilir.
Xəbərdə həmçinin vurğulanır ki, Ermənistan taktiki raketləri zərərsizləşdirmək üçün C-300 komplekslərini işə salıb və həmin andan etibarən ilk “döyüş tətbiqinə” nail olunub: “Abovyan şəhəri üzərində iki raket zərərsizləşdirilib”.
Bəs bu iddia nə qədər doğru ola bilər?
Sualı cavablandıran fəlsəfə elmləri doktoru, politoloq Aydəm İsmayılova görə, Azərbaycan Silahlı Qüvvələri heç vaxt Metsamor AES-nı hədəf almaz: “Əvvəla, nəinki Metsamor AES, hətta Ermənistanın hər hansı qarış torpağı ordumuzun hədəfi arasında heç bir zaman yer almayıb. Biz sadəcə 26 il əvvəl ermənilər tərəfindən işğal olunmuş ərazilərimizi işğaldan azad etmək istəyirik və lazım gəlsə bütün hərbi arsenalımızı bu istiqamətə yönləndirəcəyik. Strateji hədəflərimizə cavab vermədiyi halda, biz niyə başqa dövlətlərin ərazisinə raket zərbələri endirməliyik?
İkinci, Metsamor İrəvan qədər, strateji müttəfiqimiz Türkiyəyə də yaxındır. Biz bir ovuc erməni üçün Türkiyəni nüvə təhlükəsi altında qoya bilmərik”.
Üçüncüsü, biz humanist xalqın nümayəndələriyik. Heç zaman hərb meydanında çətin vəziyyətə düşəndə sivil əhalidən canlı qalxan kimi istifadə etmir və ya ona hədəs kimi baxmırıq. O, erməni xislətidir ki, gücü hərbi qüvvələrə çatmayanda cəbhə xəttindən xeyli uzaqda olan mülki şəxsləri hədəfə alır. Necə ki, biz bunu son günlər ermənilərin bir sıra rayonlarımızı raket zərbələrinə məruz qoyması faktında gördük”.
Aydəm İsmayılovun fikrincə, bu məlumatın yayılmasının bir başqa mühüm səbəbi də var. Bu da Ermənistanın özünüqoruma instinktindən qaynaqlanır: “Sirr deyil ki, Ermənistan Rusiyanı proseslərə cəlb etmək üçün dəridən-qabıqdan çıxır və son uydurma xəbər də məhz bu məqsədə qulluq edir. Bilirsiniz ki, son hərbi gərginliyin baş verdiyi ilk gündən Paşinyan KTMT-ni hadisələrə müdaxilə etməyə çağırdı. Putindən rədd cavabı alınca isə müxtəlif təxribatlara əl atdı. Bu da həmin təxribatlardan biridir. Fikrimcə, Moskva ermənilərin bu niyyətini düzgün oxumalı və öz hərbi qüvvələrini həmin ölkədən çıxarmalıdır. Mümkündür ki, ermənilər Dağlıq Qarabağdan rus hərbi bazalarına raket atalar və günahı Azərbaycanın boynuna yıxalar. Moskva bu ehtimalı nəzərə alıb öz hərbi güclərini bu təhlükə altına qoymamalıdır”,-Aydəm İsmayılov belə deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-10-2020, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-10-2020, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?