reklam
Regionxeberlericom.az » Gündəm » Qadına qarşı yersiz ifadələr işlədən polis əməkdaşı İŞDƏN QOVULDU - RƏSMİ

reklam

Qadına qarşı yersiz ifadələr işlədən polis əməkdaşı İŞDƏN QOVULDU - RƏSMİ


DİN-in Mətbuat Xidmətindən bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilmişdir.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilir ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilmişdir.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilmişdir.


Paylaş:


Müəllif : Tarix:
9-06-2020, 11:46
Sikayət   


loading...
Загрузка...