Fatimənin qətli: Dayısı bir söz, icra başqa söz deyir - Açıqlama

Masallıda 16 yaşlı Fatimə Qəmbərovanın ailə qurması üçün Masallı rayon İcra Hakimiyyətindən icazə alınıb.
regionxeberlericom.az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında iki həftə əvvəl toyu olan və ötən gün həyat yoldaşı 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürlən 16 yaşlı Fatimə Qəmbərovanın dayısı Qəmbər Qəmbərov deyib. O bildirib ki, Fatimənin babasının səhhəti pis olduğu üçün toyu tezləşdiriblər:
“Atamın vəziyyəti yaxşı olmadığı üçün Fatimənin toyunu tez eləmək istədik. 16 yaş tamam olub, 6-cı ayında icradan toy üçün icazə aldıq ki, atam nəvəsinin toyunu görsün. Hadisəni biləndən sonra atamın vəziyyəti daha da pisləşib. Nəvəsinin toyunu görmək istəyirdi, indi həm toyunu, həm də yasını gördü. Fatimə Qəmbərovanın sağlamlığında heç bir problem olmayıb. Hadisədən sonra yoldaşı tərəfindən heç kim gəlib maraqlanmayıb bizimlə. Oğlanın özü hadisəni etiraf edib. Guya öldürmək məqsədi olmayıb...”
Masallı rayon İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, Həsənli kənd icra nümayəndəliyi Fatimənin nənəsinə qızın azyaşlı olduğuna görə toya icazə vermədikləri barədə xəbərdarlıq edib. Fatimənin nənəsi isə xəbərdarlığa məhəl qoymayıb. Bundan sonra icra nümayəndəliyi məsələni Masallı rayon İcra Hakimiyyətinə göndərib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2020, 17:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-01-2020, 17:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir