Bakı Beynəlxalq Avtovağzal Kompleksi təhlükədə… Şüşə örtük çökə bilər – Foto

2009-cu ildən istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin binasında təhlükəli vəziyyət yaranıb. Binanın fasadında artıq çatlar gözə dəyir.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Feysbuk sosial şəbəkəsində Bakının memarlıq nümunlərindəki problemləri gündəmə gətirən “save.baku” səhifəsi paylaşıb. İncəsənət xadimləri tərəfindən işlədilən səhifə qeyd edir ki, bu gün kompleksin həm vizual, həm də texniki vəziyyəti narahatedicidi:
“Kompleks 2009-cu ildə istifadəyə verilib. Müasir şəhər memarlığı abidəsinin layihəsinin müəllifləri memarlar Cahangir Rifaət oğlu Axundov (15.04.1956) və Kamal Ağapaşa oğlu Musaxanovdur (24.07.1956).
Şəkillər 15 ildən çoxdur çəkilib. Təəssüf ki, bu gün kompleksin həm vizual, həm də texniki vəziyyəti narahatedicidir. Layihənin əsas məqamı kanatlı konstruksiyalar, o cümlədən binanın enli konsol hissəsini, nəhəng şüşə örtüyünü və orijinal keçidi tutanlar – uzun müddət texniki baxışdan keçirilmir. Binanın icarədarı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çox nadir hallarda binaya texniki qulluq göstərir. Rəsmilər başa düşmürlər ki, əgər kanatlı konstruksiyalar vaxtında bərkidilməsə və yağlanmasa, o zaman binanın əsas konstruktiv plitəsində əyilmələr və deformasiyalar mümkündür. Belə bir vəziyyət şüşə örtüyünün çökməsinə (pastlanmasına), binanın fasadlarında çatlara səbəb ola bilər – bu artıq baş verir.
Təəssüf ki, uzun illər əvvəl «Memarlıq fəaliyyəti haqqında» qanunun qəbul edilməsinə baxmayaraq, layihə müəllifləri bu vəziyyətdə tamamilə acizdirlər və binanın eksteryerində və interyerində çoxsaylı dəyişikliklərə qarşı çıxa bilmirlər. Bu, ölkədə çalışan bütün memarların ümumi problemidir”.
Qarşı tərəfi dinləməyə hazırıq.

Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2025, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?