Sabunçuda narkoplantasiya aşkarlanıb - FOTO/VİDEO

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb.
RegionXəbərləricom.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb. Ondan iki kiloqram narkotik vasitə marixuana aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən isə bir kiloqram marixuana aşkarlanıb.
K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanılması təmin edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb.
Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib. Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir.

Paylaş:
Müəllif : Fuad
Tarix:10-05-2024, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?