Məhkəmə alimin işinə görə Gövhər Baxşəliyevaya məktub göndərdi

Mənimsəmədə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın məhkəmə istintaqı davam edir.
Bu iş üzrə məhkəmə prosesi 1 il əvvəl başlayıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Səkkiz ay əvvəl hakim bu iş üzrə məhkəmədən yayınan 39 nəfər şahidlə bağlı məcburi gətirilmə qərarı qəbul etmişdi. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovanın da daxil olduğu şahidlərin siyahısı polisə göndərilmişdi. Buna baxmayaraq, hələ də şahidlərin bir neçəsini məhkəməyə gətirmək mümkün olmayıb.
Hakim Azad Məcidovun çağırışına gəlməyən şahidlər arasında sabiq direktor Maisə Rəhimova da var. Sözügedən vəziyyət artıq hakimi əlavə tədbirlər görməyə məcbur edib.
Fotoda: Azad Məcidov

Sonuncu iclasda məhkəmədən yayınan şahidlər haqda təkrar məcburi gətirilmə qərarı qəbul edilib. Hakimin göstərişi ilə qərarın icra edilməsi üçün aidiyyəti polis şöbələrinə tək-tək məlumat göndərilib.
Digər bir məsələ isə müdafiə tərəfinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan iş üzün əhəmiyyət kəsb edən bəzi sənədlərin məhkəməyə verilməməsi ilə bağlıdır. Üç-dörd ay ərzində sənədlərin məhkəməyə göndərilməsi ilə bağlı iki qərar qəbul edilib.
Hələ ki, bilinməyən səbəbdən həmin sənədlər də məhkəməyə çatdırılmayıb. Məhkəmə işə əncam çəkilməsi və qısa müddətdə sənədlərin təhvil verilməsinin təşkili üçün AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərib.
Fotoda: Gövhər Baxşəliyeva

Qeyd olunan məsələlər həll edilənə kimi məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-03-2024, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?