reklam
Regionxeberlericom.az » Cəmiyyət » Builki Su çərşənbəsində daha aşağı temperatur müşahidə edilir

reklam

Builki Su çərşənbəsində daha aşağı temperatur müşahidə edilir

















Bu gün Novruzun ilk müjdəçisi olan Su çərşənbəsidir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsində ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur.

O qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək müşahidə edilir:

“Son illərin statistikasına görə, Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır.

Məsələn, 2018-ci ilin Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə isti, 2019-cu ildə 12 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 10 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”.

Xidmət rəisi son illərin çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən bildirib ki, 2024-cü ilin Su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha asağı temperatur ilə səciyyələnir:

“Su çərşənbəsinin inancları suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, sudan qənaətlə istifadə etmək lazımdır”.





Paylaş:


Müəllif : Tarix:
27-02-2024, 14:22
Sikayət   


loading...
Загрузка...