“Fuad Nəcəfli bu məsələdə Talıbovdan da qəddar davranır” – Naxçıvanlılar
Naxçıvanda dövlət idarə və müəssisələrində çalışanların şənbə və bazar günləri 40-45 dərəcə istidə günəş altında iməciliyə çıxmağa məcbur edildikləri bildirilir.
Bu barədə “Gündəlik Naxçıvan”a iməciliyə çıxarılanlardan bəziləri məlumat verib.
Şikayətçilər deyirlər ki, bununla onların iki hüququ kobud şəkildə pozulmuş olur: icbari qul əməyinə məcbur edilmə; yüksək temeraturda açıq havada işləməyə məcbur edilmə. Əmək Məcəlləsinə görə, 41 dərəcədən yuxarı temeraturda açıq havada işlədilmək qəti qadağandır.
Naxçıvan şəhərindəki dövlət müəssisələrinin birində çalışan R. Qurbanov deyir ki, Naxçıvanda iməciliklərin təməlini Vasif Talıbov qoysa da, o, bu məsələdə daha insaflı davranırmış:
“Hər həftənin şənbə və bazar günləri məcburi iməciliyə çıxmağın təməlini 30 ilə yaxındır ki, Vasif Talıbov qoyub. Buna görə ona min lənət düşür. Lakin, o göstəriş vermişdi ki, 38 dərəcədən yuxarı temperaturda iməciliklər dayandırılsın. Naxçıvanın yeni başçısı Fuad Nəcəfli bu məsələdə Talıbovdan da qəddar davranır, bizi 45 dərəcə istidə, günəşin altında qul kimi işləməyə məcbur edir, güzəşt də etmir. Hər həftənin şənbə və bazar günləri minlərlə müəllim, həkim və.s çöllərə düşüb, alaq təmizləməyə məcbur edilirlər. Axı, bizim də istirahət hüququmuz var. Ot-alaq vurmaq üçün ştatda olan yüzlərlə işçi var. Bu işləri onlar görməlidir. Bizi işlədib, onlara yazılan maaşı ciblərinə qoyurlar”.
Şahbuz rayonundan olan şikayətçi S. Məmmədov isə deyir ki, iməciliyə çıxmayanlar işdən çıxarılmaqla, polislə hədələnirlər. Şikayətçi həmçinin bildirir ki, onların idarəsi hər gün iməciliyə çıxmağa məcbur edilir:
“İşlədiyim idarədə bir neçə şöbə var. Bu şöbələr növbəyə qoyulub. Onlardan biri hər gün dəyişən şəkildə növbətçi olur. Digərləri isə hər gün iməciliyə çıxarılır. Şikayət edəni işdən qovmaqla, polislə hədələyirlər. Heç kim iş yerini itirmək istəmədiyi üçün boyun əyməyə məcbur oluruq”.
Culfa sakinləri də iməcilikdən şikayətçidirlər:
“Guya ki, dövlət qulluqçusuyuq. İsti demədən, soyuq demədən, hər həftənin şənbə günləri məcburi iməciliyə çıxarırlar. Günün altında cəhənnəm əzabı yaşayırıq. Vətəndaşların da yanında biabır olmuşuq. Bizə kölə kimi yanaşırlar. Etiraz edəndə də, deyirlər ki, xoşun gəlmir, işdən çıx. İşdən çıxıb, nə edəcəyik? Naxçıvanda hakimiyyət dəyişikliyi olanda sevindik ki, iməciliklərdən canımız qurtardı. İndi bu iməciliklər daha sərt formada həyata keçirilir”, - adı açıqlanmayan Culfa sakini bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-08-2023, 15:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?