Paster: “Uşaqlığım anamla həbsxanalara sovqat daşımaqla keçib” - VİDEO
""Montin"də böyümüşəm. Dünyaya gələndə və bir az özümü dərk edəndə atam artıq narkomaniyaya qurşanmışdı. 1990-cı illərin əvvəlləri çətin vaxtlar idi. Həbsxana həyatı... Həyatım anamla həbsxanalara bağlama daşımaqla keçib".
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Paster ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Pərviz Quluzadə qonaq olduğu "Qapqara" verilişində deyib.
Uşaqlığının çətin keçdiyini söyləyən musiqiçi bildirib ki, uzun illər səs rejissoru kimi çalışdığı "Space" televiziyasından işdən azad edildiyi üçün həyatdan ağır zərbə alıb:
"Uşaqlıqda görməli və görməli olmadığım şeylər travma kimi ağlımdadır. "Kubinka" həyatını görmüşəm. Atam mən məktəbdə oxuyarkən cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Bu yaşda bir uşaq üçün çox böyük zərbə idi. Daha sonra biz anamla tək qaldıq. Anam bizim üçün çalışdı-vuruşdu və bizi müəyyən yerə gətirib çıxardı. Məktəbi bitirəndən sonra hərbi xidmətə yollandım.
Gələndən sonra isə başladım anbarda işləməyə. Orada işlədiyim dönəmdə musiqi ilə məşğul olurdum. Sonra səs rejissorluğu sahəsini öyrəndim. Gedib televiziya kanallarının birində çalışmağa başladım. Sonuncu çalışdığım kanal isə "Space" TV oldu. Günlərin bir günü məni gəlib orada işdən azad etdilər.
Bu, mənə həyatda sillə kimi oldu. Çünki səhər gəlmisən işə və işdən azadsan. Gedəcək başqa yer yox. Evdə bunu demək istəmirsən. Kirayədə qalırsan və bununla necəsə bacarmaq lazımdır. Eləcə də davam etdim. Səhər evdən çıxıb guya işə gedirdim. Amma gedib uşaqların səs yazma studiyasında qalırdım, yaşayırdım".
Paylaş:
Müəllif : Fuad
Tarix:28-07-2023, 18:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO