Psixiatriya Xəstəxanasına salınan yeniyetmə intihara cəhd edib?

Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakının Xətai rayonu, 3 saylı uşaq evi ilə bağlı şikayət edən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Hazırda xəstəxanada olan M. H.-ın daha bir video çəkərək intihar həddinə çatdırıldığını bildirdiyi haqda video yayılıb. Görüntülərdə hündür binanın damına çıxan şəxs özünə qəsd edəcəyini bildirir. Əldə etdiyimiz məlumata görə, videodakı şəxs həmin yeniyetmənin özü olsa da, görüntülər bir neçə gün öncə çəkilib və yeni deyil.
Ümumiyyətlə, yeniyetmənin psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün kifayət qədər əsas olub-olmaması, hazırda aidiyyəti dövlət qurumları tərəfindən ona baş çəkilməsi və digər məsələləri araşdırmaq üçün Respublika Psixiatriya Xəstəxanasına müraciət etdik.
Xəstəxanadan isə sorğumuza belə cavab aldıq: “Son günlər yeniyetmənin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının damından özünü ataraq, intihar edəcəyi barədə bəzi sosial şəbəkələrdə video yayılıb. Yayılan videoda məlumatların həqiqəti əks edib-etməməsini yoxlayarkən müəyyən olub ki, görüntülər təxminən 20 gün öncə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birinin damında çəkilib. Həmçinin, bildiririk ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında belə hündür bina mövcud deyil və dam örtükləri şiferdəndir”.
Qeyd edək ki, 17 yaşlı yeniyetmə M. H ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.H.-nin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb. Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-04-2023, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?