“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktor təyin olunub

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktor təyin olunub.
Mərkəzin Müşahidə Şurasının qərarı ilə Samir Mahmudov Mərkəzin icraçı direktoru təyin edilib.
1987-ci il təvəllüdlü Samir Mahmudov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə magistr pilləsini Konstitusiya hüququ ixtisaslaşması üzrə bitirib. 2015-2016-cı illərdə ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetinin Hüquq Kollecində hüquq üzrə magistratura pilləsində təhsilini davam etdirib.
2011-2013-cü illərdə Nizami Rayon Prokurorluğunda prokuror köməkçisi, 2013-2015-ci illərdə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokuror və böyük prokuror vəzifələrində fəaliyyət göstərib, eyni zamanda, Fransanın paytaxtı Paris şəhərində yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə ekspert qismində çalışıb.
2021-ci ilin iyul ayından yeni vəzifəyə təyin edilənə qədər “BONAFİDE” hüquq şirkətinin idarəedici partnyoru qismində çalışıb. Samir Mahmudov 2018-ci ildən Azərbaycanın Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin BDU-nun mülki hüquq kafedrasının və ADA Universitetinin müəllimidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-07-2022, 11:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB