reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah 42° isti olacaq

reklam

Sabah 42° isti olacaq
















İyulun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti  əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi  gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz  35-37° isti olacaq. Atmosfer təzyiqi  757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  55-60  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti      

Şimal-qərb küləyi  gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında

Yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti,

dağlarda gecə 8-13° isti, gündüz  25-30° isti olacaq.  




Paylaş:


Müəllif : Tarix:
12-07-2022, 12:30
Sikayət   


loading...
Загрузка...