Xalq artistindən ÜZÜCÜ SÖZLƏR: - “Çox ağırdır, özümü ölü kimi hiss edirəm”
“Efirlərə çıxmaq da istəmirəm. Çünki danışmağa sözüm yoxdur. Mənim üçün çox ağırdır”. Bunu tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor xeyli vaxtdır filmlərə çəkilmədiyini və buna görə ruh düşkünlüyü yaşadığını bildirib:
“Bu dəqiqə mən özümü sudan çıxmış balıq kimi hiss edirəm. Biz o məşhur filmlərlə tanındıq, sevildik, bir gecənin içində məşhur olduq. Aktyor əgər filmə çəkilmirsə, o, ölü kimi bir şeydir. Elə mən də özümü o cür hiss edirəm. Çox ağırdır, hər gün gözləyirəm, hər gün çəkiliş meydançasını xəyal edirəm. Ömrümüzdən gedir axı… Nə qədər sənətkar filmə çəkiləcəyi günü gözləyə-gözləyə dünyasını dəyişdi. Bu aqibət bizi də gözləyir, bu məni çox kədərləndirir.
Hara gedirəm, sual verirlər ki, Rafiq müəllim niyə filmlər çəkilmir, əvvəlki o məşhur filmlər, tamaşalar niyə yoxdur, biz yeni filmlərə baxmaq, zövq almaq istəyirik. Qalıram belə, nə cavab verəcəyimi belə bilmirəm. Həsrətlə gözləyirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən yeni filmlərin çəkilməsinə başlanacaq, biz də o filmlərdə rol alacağıq. Ümidimi itirmirəm. Çünki o ümidi itirsəm, onda məhv olaram”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2022, 11:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB