reklam
Regionxeberlericom.az » Cəmiyyət » Seyidin universitetə girmək üçün yazdığı 5500 manatlıq dua - Cəhalətə "qəbul", və ya...

reklam

Seyidin universitetə girmək üçün yazdığı 5500 manatlıq dua - Cəhalətə "qəbul", və ya...


Sumqayıtda əslən Ağcabədidən olan Rəvan Sadıqov (ad və soyad şərtidir) ağlasığmaz dələduzluq edib – o, tanışı Hümbətov Vüsala “dua” yazmaqla Memarlıq və İnşaat Universitetində qabiliyyət imtahanından keçirəcəyini vəd edib. Özünü seyid kimi təqdim edərək Vüsaldan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev parkının qarşısında 5500 manat məbləğində pul alıb.

Zaman-zaman bu cür tələyə düşən tələbələr, abitruyentlər, əsasən də valideynlərlə bağlı məlumatlarla qarşılaşırıq.

Maraqlıdır, bəzi valideyn-şagirdlər niyə elmə deyil, mövhumata meyilli olur, dualara, seyidlərə pənah aparırlar? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları başlayan kimi birmənalı şəkildə cadu, dua, müəyyən ziyarətgahlara getmək prosesi daha geniş şəkil alır:

“Dua ilə ali məktəbə qəbul olmaq və ya imtahandan keçmək təbii ki, cahilliyin, çarəsizliyin ən yuxarı həddidir, dəhşətli mənzərədir. Bu hadisələr nəyi göstərir? Azərbaycan insan təhsil almaq , oxumaq istəyir. Onlar böyük məbləğdə pul xərcləyirlər ki, ali məktəbə qəbul olsunlar. Ona görə də biz ali məktəblərə qəbulu müəyyən qədər əlçatan edib sadələşdirməliyik ki, bu, reallaşsın. Əvəzində, universitetlərdə tədrisi ciddiləşdirməliyik. Qoy kimisi universitetə daxil olsun, amma hər girən də bitirməsin. Hesab edirəm ki, məhz problemin kökündə duran məsələ budur – ali təhsilə qəbulda sadələşməyə ehtiyac var. Müəyyən ixtisaslar var ki, uzun müddətdir onlara ayrılan plan yerləri tam dolmur, boş qalır. Həmin plan yerlərini müəyyəm qədər adi qaydada qəbulu həyata keçirməklə təhsilin əlçatanlığını təmin edə bilərik”.

Müsahibimiz qeyd edib ki, bu gün orta məktəblərdə tədrisin keyfiyyəti yüksək olmadığına görə insanlar repetitor yanına, hazırlıq kurslarına gedirlər:

“Orada da tam olaraq bilik əldə edə bilmirlər və yekun nəticədə çarələrini müqəddəs yerləri ziyarətdə, hansısa dua yazdırmaqda görürlər. Bu, əslində təhlükəli bir şeydir. Düzdür, adam düşünür ki, belə insanların ali məktəbə qəbul olmamağı yaxşıdır, amma digər tərəfdən onun niyəti pis deyil. O, sadəcə ali təhsil almaq istəyir, lakin çarəsizlikdən bu yollara əl atır. Fikrimcə, bu məsələdə müəyyən qədər cəmiyyətin də günahı var. Onlar başa düşməlidirlər ki, bu və ya digər yollarla ali təhsil müəssisələrinə qəbul olmaq mümkün deyil. Eyni zamanda ölkədə obyektiv imtahan keçirən qurum var və yalnız biliyi qiymətləndirir. Dua-cadu ilə universitetlərə qəbul olmaq mümkün deyil. O adam 5500 manatı hansısa hazırlıq kursuna versəydi, ən azından bilik alıb minimum keçid balını toplaya bilərdi. Amma çox təəssüf ki, bunu etməyib”.





Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 13:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər