Bu dəfə tələbələrə bufetlə bağlı qadağa qoyuldu - Foto

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirilməsinin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
Sözügedən elan təhsil müəssisəsinin bufetinin divarından asılıb: “Kənardan bufetə yemək gətirilməsi qadağandır!”
“Azərbaycan Universitetləri” səhifəsində paylaşılan elan tələbələrin müzakirə və etirazlarınaa səbəb olub. Universitetin bufetində qiymətlərin marketlərə nisbətən çox baha olduğunu vurğulayan tələbələr qərara ironiya ilə yanaşıblar. Paylaşıma reaksiya verən digər universitet tələbələri isə bildiriblər ki, başqa təhsil ocaqlarında da bufetlərə kənardan yemək gətirmək qadağan edilib.
Həmçinin oxuyun: Universitetdə tələbələrə qoyulan geyim qadağası tənqid edildi - Foto
Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, həftəsonu işləmədiklərindən sorğuya daha sonra cavab verə biləcəklərini bildirdilər.
Xatırladaq ki, bir neçə gün əvvəl buna oxşar hadisə Azərbaycan Tibb Universitetində yaşanmışdı. Belə ki, təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan vurulmuşdu.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-06-2022, 11:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.