"OBA" marketin pendiri uşağı ZƏHƏRLƏDİ - VİDEO
"OBA" marketdə satılan pendirdən zəhərlənmə olub.
Uşağı zəhərlənən valideyn deyir ki, şikayətim "OBA" marketdəndir:
“Vaxtı keçmiş pendir satdıqları üçün uşaq zəhərləndi. Mən də işin arxasınca düşdüm. Qəbzi, pendirin paketini və 10 gün sonra belə hələ də həmin məhsulun satışda olduğuna dair videonu sübut kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təqdim etdim. Amma Agentliyin cavabı o oldu ki, biz gedəndə vaxtı keçmiş məhsul yox idi”.
AQTA-dan verilən cavab belə olub:
“Sizin Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında fəaliyyət göstərən “OBA” marketdən aldığınız mozarella pendirinin son istifadə tarixinin bitməsindən və qəbul etdikdən sonra övladınızın zəhərlənməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətinizə aidiyyəti üzrə agentliyin Bakı regional bölməsində baxılmışdır
Müraciətlə əlaqədar olaraq əməkdaşlarımız tərəfindən yuxarıda qeyd olunan ünvanda ünvanda fəaliyyət göstərən “OBA market”də plandankənar yoxlama aparılmışdır. Araşdırma zamanı tərəfimizdən sözügedən mağazada saxlama müddəti ötmüş məhsullar aşkarlanmamışdır”.
Qeyd edək ki, şikayətçi tərəf hələ də həmin məhsulun “OBA” marketdə satıldığını bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2022, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.