Seyidin tikdiyi 122 yaşlı tarixi hamam məhv olmaq üzrədir - VİDEO

122 yaşlı tarixi hamam məhv olmaq üzrədir.
Sabirabad şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən “Köhnə hamam” 1900-cu ildə Seyid Mirmusa Tağıyev tərəfindən inşa edilərək istifadəyə verilib. Hamam yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan abidələr siyahısında yer alıb.
Mirmusa Tağıyevin nəvəsi Ağa Tağıyev qeyd edib ki, hamam çox baxımsız haldadır və məsələ ilə bağlı aidiyyəti qurumlara edilən müraciətlərə müsbət cavab verilməyib. Tarixi hamamın onlara ulu babası Mirmusa Tağıyev tərəfindən miras qaldığını deyən Mirmusa Tağıyevin nəticəsi Mirismayıl Tağıyev memarlıq abidəsinin qorunub saxlanılması üçün illərdir mübarizə apardığını deyir.
Qeyd edək ki, tarixi hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2022, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.