reklam
Regionxeberlericom.az » Cəmiyyət » Manaf Ağayevin "Maybach"i hələ də cərimə meydançasındadır? -ÖZÜ DANIŞDI

reklam

Manaf Ağayevin "Maybach"i hələ də cərimə meydançasındadır? -ÖZÜ DANIŞDI


















Müğənni Manaf Ağayevin maşını hələ də cərimə meydançasında saxlanılır.

Bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O bildirib ki, müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu:

“O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mercedes" markalı avtomobil hələ də qanunsuz olaraq cərimə meydançasında saxlanılır. Yəni maşını sahibinə qaytarmaqdan imtina edirlər. Manaf Ağayev də qorxusundan səsini çıxartmır”.

Daxili İşlər Nazirliyinin mətbuat rəhbəri polis polkovniki Ehsan Zahidov lentL.az-a açıqlamasında vəkilin yazdıqlarını təkzib edib:

“Təəssüf edirəm ki Adəm Məmmədov vəkil adına yaraşmayan yalan informasiya yayıb. Bildirirəm ki. Manaf Ağayev həbsdən buraxıldıqdan sonra onun avtomobili özünə qaytarılıb. Manaf Ağayev bu avtomobili idarə edir ya etmir bu onun öz işidir”.

Manaf Ağayev da Lent.az-a açıqlamasında bildirib ki, maşının özündə olduğunu deyib:

“Heç bir narahatlıq yoxdur. Maşın məndədir və sürürəm. Allah dövlətimizi qorusun”.

Xatırladaq ki, Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbslə cəzalandırılmışdılar. Ötən ayın 5-də isə Manaf Ağayevin həbs müddəti bitib və azadlığa çıxıb.




Paylaş:


Müəllif : Tarix:
2-04-2022, 12:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər