Sanksiyalardan Türkiyəyə “qaçırılan” yaxta onların fotolarını bəzədi...

Bir neçə həftə əvvəl Türkiyənin Marmaris şəhərində yeni turistik məkan yaranıb. Belə ki, şəhər limanına rusiyalı biznesmen Roman Abramoviçin 162,5 metr uzunluğa sahib “Eclipse” adlı yaxtası daxil olub.
lüks gəmi qısa zaman ərzində yerli sakinlərin və turistlərin marağını cəlb edib. Çox sayda insan yaxtanın fonunda şəkillər çəkdirərək paylaşıb.
“Eclipse” gəmisi fevral ayının sonlarında Karib dənizindən yola çıxıb. Türkiyəyə isə ötən həftə gəlib. Abramoviçin ikinci yaxtası “Solaris” də Türkiyə sahillərindədir və Barselonadan Bodruma gəlib.
Bildirilir ki, Qərb ölkələri rusiyalı milyarderlərə qarşı sanksiyalar tətbiq etməyə və onların xaricdəki əmlakına həbs qoymağa başladıqda bir çoxu öz yaxtalarını hələ ki onlara qarşı sanksiya tətbiq etməyən ölkələrə “təxliyə” etməyə başlayıblar. Bu ölkələr sırasında ən çox üz tutulan ölkələr BƏƏ və Maldiv də olub.
Qeyd olunub ki, Abramoviçin özü də hazırda Türkiyədədir. O, dünən İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqlarda iştirak edib.(Qafqazinfo)

Paylaş:
Müəllif : Fuad
Tarix:30-03-2022, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.