Azərbaycanda azarkeş sayına LİMİT LƏĞV EDİLDİ
Azərbaycanda futbol oyunlarını izləyən azarkeşlərin sayına qoyulan limit aradan qaldırılıb. Bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.
Qurum ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq belə addım atıb. PFL azarkeş limiti ilə bağlı dəyişikliyi zəruri sayıb.
Ümumi məsləhətləşmələrdən sonra martın 30-u, aprelin 1-də keçiriləcək I Divizionun XIX və aprelin 2-3-də baş tutacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib. Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2022, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.