“Daha susa bilmirəm...” - Məşhur rusiyalı jurnalist üsyan etdi

Məşhur rusiyalı jurnalist Aleksandr Nevzorov gözlənilmədən Ukraynadakı müharibə ilə bağlı Rusiyanı ittiham edən fikirlər paylaşıb. O, bildirib ki, müharibə ilə bağlı həqiqətlər Rusiya cəmiyyətindən gizlədilir.
Çoxlarının Rusiyanın əsas təbliğatçılarından saydığı Nevzorov öz “Teleqram” kanalında Ukraynanın Mariupol şəhərində baş verənləri “terrorçuluq” adlandırıb: “Mən artıq susa bilmirəm. Hazırda Mariupolda baş verənlər terrorçuluqdur. Bizim ordumuz 1000-dən artıq sakinin gizləndiyi Dram Teatrına nəhəng bomba atıb. Sadəcə, bu rəqəmə fikir verin. Bütün mənbələrdə demişik ki, bu teatr dinc sakinlərlə doludur və onları “Azov”un 12 silahlısı qoruyur. Bir gün sonra isə onların üzərinə 500 kiloqramlıq bomba atırıq. Havadan çəkilmiş onlarla foto var ki, həmin binanın üzərinə “burada uşaqlar var” yazılıb. Mənim bircə sualım var: “azad etmək” bir neçə əsgəri məhv etmək üçün yüzlərlə dinc insanı öldürməkdirmi?”
Nevzorov onu da bildirib ki, bu paylaşımından sonra onun Rusiyadan qaçması lazım olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-03-2022, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq
Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər
13-09-2025, 13:52"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim
13-09-2025, 12:02 “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
13-09-2025, 11:55“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO
13-09-2025, 11:53Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.
12-09-2025, 15:04