Tarkanın mahnısı Türkiyədə gündəm oldu: "Gəldiyi kimi gedəcək..." - VİDEO
Ötən gün Türkiyənin məşhur müğənnisi, “Meqastar” Tarkanın yeni “Geççek” (“Keçəcək”) mahnısı klipi ilə birgə yayımlanıb.
Klip paylaşıldığı qısa müddət ərzində milyonlarla izlənmə toplayıb.
Bəzi sosial media istifadəçiləri sözləri Tarkana aid olan bu parçanın “seçki mahnısı” olması barədə şərhlər bildiriblər. Onlar mahnıda səsləndirilən "Əlbət, bunlar da keçəcək, gəldiyi kimi gedəcək" sözlərinin hazırkı iqtidarı nəzərdə tutduğunu bildiriblər. Bir qrup istifadəçi isə mahnının sözlərində koronavirus pandemiyasının nəzərdə tutulduğu fikrini müdafiə edib.
Qeyd edək ki, Türkiyədəki iqtisadi problemlər və yüksək inflyasiya ilə əlaqədar müxalifət liderləri hazırkı iqtidarı istefaya səsləmiş və növbədənkənar seçkilər gündəmə gəlmişdi.
Tarkan isə hər kəsə müsbət təsir bağışlayacaq bir mahnı yazmaq niyyətində olduğunu bildirib:
“Bəlkə, bu mahnı bizi bir az təsəlli edər, əhvali-ruhiyyəmizi qaldırar, bizə ümid verər deyə düşündüm. Arzu edirəm ki, “Geççek” üzünüzdə təbəssüm yaradar”.
Qeyd edək ki, COVID-19 pandemiyası zamanı Türkiyədə musiqi və əyləncə sektoruna qoyulan məhdudiyyətlər və sənətçilərə maddi dəstəyin olmaması tənqid obyekti olub. 2021-ci ilin iyun ayında Tarkan da bu mövzuya öz münasibətini bildirib:
“Pandemiya prosesində musiqi və əyləncə sektorunda edilən haqsızlıqlar və ikili standartlar heç də ədalətli deyil. Səlahiyyətlilərin sənətə, sənət adamlarına qarşı laqeyd və hörmətsiz yanaşması da çox üzücü və düşündürücüdür. Səlahiyyətlilər musiqi və əyləncə sənayesini dəstəkləyən yeni qərarlar və təcrübələrlə incəsənətə, sənətçilərə, bütün incəsənət işçilərinə sahib çıxmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2022, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II