Xaricdə yaşayan vətəndaşlar vaxtı bitən pasportlarını nə üçün dəyişə bilmirlər?

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın diplomatik nümayəndəliklərindən xarici pasport ala bilməmələrindən şikayətlənirlər. Belə ki, sosial şəbəkə istifadəçiləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlərin Azərbaycan diplomatik nümayəndəliyinə yeni pasportun verilməsi məqsədilə müraciət etmək hüququndan məhrum edildiyini bildirirlər.
Vətəndaşlar iddia edirlər ki, yeni pasport almaq üçün onlar əvvəlcə Azərbaycana qayıtmalı, orada şəxsiyyət vəsiqəsi almalıdırlar. Yalnız bundan sonra xarici pasport ala bilərlər.
Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, ötən ilin dekabrında Azərbaycanda “Pasportlar haqqında” və “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlara dəyişiklik edilib. Bu dəyişikliklərə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd vermək hüququndan məhrum ediliblər.
Qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlar Azərbaycana geri qayıdıb, şəxsiyyət vəsiqələrini dəyişdikdən sonra xarici pasport ala bilərlər.
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarının övladları dünyaya gəldiyi təqdirdə isə onlar diplomatik nümayəndəliklərimızdən yalnız doğum haqqında şəhadətnamə sənədi ala bilərlər. Bundan sonra valideyn övladı ilə birgə Azərbaycana gəlib, şəxsiyyət vəsiqəsi və xarici pasport ala bilər. (qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2022, 20:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.