“Zeytun” apteklər şəbəkəsi ilə bağlı məhkəmə iddiası: saxta dərman satılır
Azərbaycanda böyük apteklər şəbəkəsinə malik "Zeytun Pharmaceuticals" MMC barəsində məhkəmə iddiası qaldırılıb.
RegionXəbərləri.com Kriminalqafqaz-a istinadən xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.
"Zeytun Pharmaceuticals" İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə cərimələnib.
İnzibati protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq. Şirkəti 5 min manatdan 7 min manatadək cərimə cəzası gözləyir.
Ölkənin bir çox yerində fəaliyyət göstərən "Zeytun" apteklər "Zeytun Pharmaceuticals" MMC-yə məxsusdur. Şirkətin rəhbəri iş adamı Bəhruz Şirəliyevdir. O, eyni zamanda, "Nurgun Holding"də yüksək vəzifə tutur və vaxtilə "Rəvan" futbol klubunun vitse-prezidenti olub.
Qeyd edək ki, "Zeytun" apteklər Bakıda bir çox metro stansiyanın daxilində də fəaliyyət göstərir. Şirkətin Azərbaycanda ümumilikdə 500-dən çox aptek şəbəkəsinə malik olduğu bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-02-2022, 21:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.