Ermənistan-Azərbaycan dəmir yolunda araşdırmalar aparılacaq
“Təxminən on gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislər araşdırmalara başlanacaq və onların əsasında layihə hazırlanacaq”.
Bu barədə Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının İşçi qrupunun rəhbəri, Ermənistan baş nazirinin müşaviri Artaşes Tumanyan bildirib. Onun sözlərinə görə, İşçi qrupun işində Rusiya Dəmir Yollarının mütəxəssisləri də iştirak edəcək.
Baş nazirin müşaviri bildirib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır: “Bu həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər. Ən azı iki tərəf öhdəlik götürməlidir, çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və birgə işlər var. Dəmir yolunun Yerasx (Arazdəyən) hissəsinin bərpası aylar, Mehri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) bərpası isə üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Müxtəlif rəqəmlər gördüm: 220, 250, 278 milyon dollar və gömrük məntəqələrini və digər obyektləri saymasaq, hətta daha çox ola bilər”.
Bundan əvvəl Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan dəmir yolu üçün 200 milyon dolların lazım olacağını açıqlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-02-2022, 19:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.