Xanım jurnalistə cinayət işi açıldı

Jurnalist Ülviyyə Alovlu barəsində cinayət işi başlanıb.
Bu barədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat yayıb.
"Nəhayət ki, uzun prosesdən, 5 dəfə uzadılaraq keçirilən hazırlıq iclaslarından sonra Yasamal Rayon Məhkəməsi Muradova Ülviyyə (Alovlu) Niyaz qızına qarşı Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilməsi tələbi ilə verdiyim xüsusi ittiham qaydasında şikayəti icraata götürərək baxışa verdi. Hazırda Ülviyyə Alovlu bu iş üzrə təqsirləndirilən şəxs statusundadır”, deyə ictimai fəal bildirib.
Bəxtiyar Hacıyevin sözlərinə görə, eyni zamanda onu şikayəti əsasında Yasamal Rayon Polis İdarəsində Ülviyyə Alovlu barəsində ilə cinayət işi başlanıb:
"Ülviyyə Alovlunun son məhkəmə iclasında zalda şüşə stəkan, məhkəmənin telefon dəstəyini və digər əşyaları atması faktları ilə bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb. Yasamal Rayon Məhkəməsi əvvəlcə təhlükəsizlik kameralarının görüntülərinin yadda saxlanmadığını iddia edərək gizlətməyə çalışsa da, sonradan görüntüləri polisə təqdim edib və cinayət işinə əlavə edilib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2021, 19:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-10-2021, 19:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?