reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ucarda vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi

reklam

Ucarda vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi


31 avqust 2021-ci il tarixində rayonun Alpout kəndi sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Kərim Məhəmmədəli oğlu Əliyevin ad günü mərasim zalında, şəhidin məzarı önündə və evində, şəhid ailələri, rayon sakinləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olundu.
Əvvəlcə mərasim zalında şəhidin döyüş yoluna həsr edilmiş film nümayiş olunub, şəhidin döyüş yoldaşları, şəhidlərin ailə üzvüləri çıxışlar ediblər. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd ediblər. Mərasimdə çıxış edənlər 23 yaşı tamam olan şəhid Kərim Əliyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.

Sonra şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Ziyarətə gələnlər şəhidin yaxınlarına baş sağlığı veriblər.
Şəhidin atası Məhəmmədəli Əliyev bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ziyarətə gələnlərə dərin minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Əliyev Kərim Məhəmmədəli oğlu 31 avqust 1998-ci il tarixdə Ucar rayonu Alpout kəndində anadan olub. Kərim Əliyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 18-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

RegionXəbərləri.com


























Paylaş:


Müəllif : Tarix:
31-08-2021, 15:58
Sikayət   


loading...
Загрузка...