İstifadəyə yararsız çimərliklər açıqlandı - Siyah;
“Bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil”.
Bu sözləri Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov mətbuat konfransında deyib. O bildirib ki, bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur: “Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi, çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür.
Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi yəqin ki, indi daha da aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil”.
Ərəstun Həsənov qeyd edib ki, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır:
“Çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
Analizlərin nəticələrinə görə Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır.
Hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır”. (“Qafqazinfo”)
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-06-2019, 22:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-06-2019, 22:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:27
lham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİR + VİDEO
Bu gün, 11:51
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...
Bu gün, 11:50
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri VÜQAR QƏLƏNDƏROV əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ
Bu gün, 11:45
İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”
Dünən, 15:44
Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir
Dünən, 15:15
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
Dünən, 10:16
“TƏHMƏZLİ ÜÇÜN ÖLKƏNİN QİDA TƏHLÜKƏSİZLİYİ DƏ BİZNESDİR” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
Dünən, 10:12
"MƏMURLARIN arxasında duran kimdir ki, Ağdamın baş memarı YEYİB DAĞIDIR rayonu"- VƏTƏNDAŞ ŞİKAYƏTİ
9-05-2024, 16:14
Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: Yasamal RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - FOTO
9-05-2024, 12:39