Gəncə Hava Limanı uçuşları bərpa edib - Diqqət!

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
APA-nın yerli bürosunun məlumatına görə, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib. Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub.
Aeroportdan bildirilib ki, Hava Limanında sərnişinlərin yoxlanılması üçün tibb məntəqəsi yaradılıb. Hava Limanına daxil olunan sərnişinlər tibb işçiləri tərəfindən pandemiya qaydalarına uyğun olaraq, ara məsafəsi gözlənilməklə müayinə olunurlar. Həmçinin maska və dezinfeksiyaedici vasitələrdən istifadə nəzarətdə saxlanılır.
Gəncə Beynəlxalq Hava Limanından Gəncə-Moskva reysi həftənin cümə günləri saat 14:30-da yerinə yetirilir. Gəncə-İstanbul istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri saat 08:35-də həyata keçiriləcək. Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə isə uçuşlar hər həftənin çərşənbə axşamı saat 12:05-də olacaq.
Qeyd edək ki, Gəncə Beynəlxalq Hava Limanında pandemiya səbəbindən ötən ilin martından uçuşlar dayandırılmışdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-05-2021, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-05-2021, 11:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?