Salatın Əsgərovanın şəhid olmasından 30 il keçir - ANIM

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olmasından 30 il ötür.
AzVision.az xəbər verir ki, Salatın Əsgərova 1991-ci ilin yanvarın 9-da Birinci Qarabağ müharibəsinin qızğın dövründə reportaj hazırlamaq üçün Şuşaya yollanarkən Laçın - Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin qəfil hücumu nəticəsində şəhid olub. Onun getdiyi maşın mühasirəyə düşüb, daha sonra yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Bakıya istedadlı jurnalistin növbəti reportajı yox, cənazəsi gəlib çıxıb.
O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Salatın Əsgərovanın ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunub. 1993-cü ildə cinayətkarlar ölümə məhkum ediliblər. Lakin həmin şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilib.
Salatın Əsgərovaya Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.
Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.
Tanınmış jurnalist Ceyhun Əsgərov Salatın Əsgərovanın oğludur.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-01-2021, 11:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-01-2021, 11:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:30
Dünən, 11:21
6-09-2025, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?