"Nə maddi, nə də mənəvi gücümüz qalmayıb evdə oturmağa" - Karantinin uzadılmasına ETİRAZ

Ötən gün Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov AzTV-nin efirində karantinin daha iki həftə uzadılması ilə bağlı açıqlama verib.
Prezidentin köməkçisinin bu açıqlamasından sonra insanlar sosial şəbəkələrdə etirazlarını bildiriblər. Etiraz edənlərdən biri də azəbaycanlı müğənni Ayaz Babayev oldu. O İnstaqramdakı paylaşımında sərt karantin rejiminin uzadılmasına hazır olmadıqlarını bildirdi: “Nə maddi, nə də mənəvi gücümüz qalmayıb evdə oturmağa. 4-5 ayda heç bir irəliləyiş göstərməyən bu qərarların təkrar tətbiq edilməsinə etiraz edirik. İnsanlar aclıq səfalətdən əziyyət çəkir, başqa xəstəliyi olanlar müalicə ala bilmədiyi üçün ölür, “artıq dolana bilmirəm”, deyib intihara təşəbbüs edənlər var. Orta və aşağı təbəqənin səsinin eşidilməsini tələb edirik.
Sərt karantin rejiminin daha iki həftə uzadılmasına etiraz edənlərdən biri də Yazıçılar Birliyinin katibi Rəşad Məcid oldu. O qeyd edib ki, Operativ Qərargahın sərt karantin rejimini uzatmaq fikri varsa bunu biraz incə, "pişim-pişim"lə etməlidir: “Əhalinin ovqatını nəzərə almalıdır. Heç olmasa hansısa yumşalmalara gedildiyini deməlidir; sms-icazə 3 saata çatdırılmalı, tək gəzməyə icazə verilməli, gözəllik salonları, bərbərxanalar açılmalıdır və s . Səbri, maddi imkanı tükənən insanlara həssaslıq göstərmək lazımdır. Açıq görünür ki, adamlar yorulub, nəfəs almaq istəyir...”.
Eyni zamanda şair Cəlil Cavanşir də etiraz edənlər arasındadır.
“Məqsəd hamını işsiz qoyub, evində acından öldürməkdirsə, başqa məsələ. Yox əgər xalqı düşünürsünüzsə #karantinbitsin !”, - deyə o, qeyd edib.
Bununla yanaşı fəaliyyətinə icazə verilməyən alış-veriş mağazaları, gözəllik salonları, bərbərxanalar, kafe və restoranların da bir qismi karantinin uzadılmasına etiraz edərək, #karantinbitsin həştaqı yaradıblar.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-07-2020, 17:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-07-2020, 17:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.