"Ege Hospital" Mehmanı xəstəxanaya qəbul etməyib? – Xəstəxanadan AÇIQLAMA
Jurnalist Xədicə İsmayıl bloqqer Mehman Hüseynovu "Ege Hospital"a apardıqlarını və xəstəxanadan içəri buraxılmadıqları ilə bağlı iddialar səsləndirib.
Bu barədə jurnalist “Facebook” hesabında məlumat verib.
Onun sözlərinə görə, xəstəxanada mühafizə xidməti bildirib ki, Mehman bu xəstəxanada yata bilməz: "Dekabrın 27-də Mehman Hüseynovu polis şəhərin mərkəzində saxlayıb, vəhşicəsinə döymüşdü. Ertəsi gün ayağında şiddətli ağrılar dayanmadığı üçün təcili həkimə müraciət etməli olduq. Əvvəldən də damar problemi olduğu üçün qorxmuşduq, çünki onun bir ayağında damarlar tıxanmışdı və zərbələr tam atrofiyaya səbəb ola bilərdi. Daha sonra o, damar cərrahına getdi və trombun təhlükəli vəziyyətdə olduğunu, təcili əməliyyat olunmalı olduğunu dedilər. Dedilər ki, Tiflisə qədər də səyahət edə bilməz. Ertəsi gün mən və bir başqa dostla birgə “Ege Hospital”a getdik, çünki həkim əməliyyatın orada keçiriləcəyini demişdi. Getdik, bizi təhlükəsizlik xidməti qarşıladı, həkimin məzuniyyətə çıxdığını dedi. Dedilər ki, Mehman bu xəstəxanada yata bilməz çünki həkim yoxdur, kənardan da dəvət edə bilmirlər".
Məsələ ilə bağlı “Ege Hospital”la əlaqə saxladıq. Xəstəxanadan Yeniavaz.com-a verilən məlumata görə, sözügedən məsələnin həkim və pasient arasında olduğunu bildirdilər:
"Sözügedən həkim həm bizim klinikada, həm də başqa yerdə çalışır. Bu məsələ həkim və pasient arasında olan bir məsələdir. Burada “Ege Hospital”lıq bir şey yoxdur. Mehmanın digər xəstələrdən nə fərqi var? Əgər həkim xəstəxanada deyilsə, təhlükəsizlik xəstənin məsuliyyətini öz üzərinə götürməməlidir. Bizə müraciət edən bütün xəstələrə, istər Covıd-19 dövründə, istərsə də digər dövrlərdə istisnasız xidmət göstərmişik. Hətta digər qurumlardan daha çox və fasiləsiz işləmişik. Mehman Hüseynov da bizin üçün adi pasientdir. Sadəcə çəkilişə icazə verilməyə bilər. Bu da xəstəxanaların, ümumiyyətlə qurumların seçimidir. Bir tək istisnamız, bu, ola bilər. Digər hallarda pis xəstə seçmirik. Bizim üçün ilk öncə sağlamlıq və məmnuniyyət gəlir, buna görə də belə bir yanaşmamız ola bilməz".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2020, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2020, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?