Mənzil cəriməsi ilə bağlı ajiotaj işə yarayır: - “Ödənişlər xeyli artıb”

“Əmlakın icbari sığortası” üzrə ödənişlər bu ilin əvvəlindən etibarən xeyli artıb”.
Bu barədə məlumat Cebhe.info-ya Dövlət Sığorta Agentliyindən məlumat verilib. Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Məlumdur ki, yanvarın 1-dən Azərbaycanda daşınmaz əmlakın icbarı sığortalanması üzrə yığımların başlanılması və ödənilmədiyi halda cərimə olunacağı açıqlanıb. Bu da vətəndaşlarda bir sıra suallar yaradıb.
Cərimələr necə və hansı qurum tərəfindən tətbiq olunacaq?
Qeyd edək ki, ekspertlər cərimələrin tətbiq olunması üçün mexanizmin olmadığı bildirirlər. Dövlət Sığorta Agentliyindən də cərimələrin necə tətbiq olunacağı ilə bağlı informasiyaların olmadığı bildirilir. Sığorta ödənişini etməyənləri cərimələnmək səlahiyyəti İcbari Sığorta Bürosuna da verilməyib.
Bürodan Cebhe.info-nun suallarına cavab olaraq bildirilib ki, cərimə mexanizminin necə tətbiq olunacağı ilə sualları icra hakimiyyətləri və Fövqəladə Hallar Nazirliyi cavablandıra bilər. İcbari Siğorta Bürosunun sədri Rəşad Əhmədov mətbuata açıqlamasında cərimələrlə bağlı tapşırığın olmadığını bildirib:
"Ev sahiblərinin kütləvi cərimələnməsi tapşırığı yoxdur".
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2020, 17:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2020, 17:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II