Bakıda dərman istehsalı müəssisəsi açıldı

Bu gün Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı olub.
Bununla bağlı keçirilən mərasimdə Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və “R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.
4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-12-2019, 22:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-12-2019, 22:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.