“Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz” - Mübariz Qurbanlı

"Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin. Bu, tövsiyə xarakterli bir çağırışdır".
regionxeberlericom.az-un APA-a istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, islamda yas mərasimlərinin təşkili ilə bağlı mütəxəssislərin, imamların geniş açıqlamaları var: "Bir var adət-ənənələr, bir var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, islam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü büruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz. Məsələ təbliğat yolu ilə tədricən həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək, bu addımı atıb. Bir çox kənddə, rayonda ümumi razılıqla bu məsələləri həll ediblər”.
Komitə sədri hesab edir ki, burada tövsiyələr mühüm rol oynayır.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2019, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2019, 12:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.