Prezident Palatanı niyə ləğv etdi? – Səbəblər aydın oldu

Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsinin səbəbi qurumun üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi olub.
Bu barədə daxil olan məlumata görə, Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində Palataya konkret tapşırıqlar verilib.
Hətta tapşırıqların dəqiq icra müddəti də müəyyənləşdirib. Məsələn, Palata 2020-ci ilə Strateji Yol Xəritəsi prioritet hesab edilən məlumatların açıqlanması mexanizmlərinin müəyyən edilməsi, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi, milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi ilə bağlı tapşırıqları icra etməli imiş. Fəqət, bunun əksi baş verib. Palata bu və digər tapşırıqları icra etməyib. Beləliklə də qısa müddətdə maliyyə-bank sektorunun sağlamlaşdırılması prosesi baş tutmayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanı ilə təsis edilmişdi. Fərmana əsasən, həmin vaxt fəaliyyət göstərən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin səlahiyyətləri və əmlakı Palataya verilmişdi.
Bundan başqa, bankların fəaliyyətinə nəzarət səlahiyyətləri də Mərkəzi Bankdan alınaraq Palataya həvalə edilmişdi.
Noyabrın 28-də ölkə Prezident İlham Əliyev Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-12-2019, 16:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-12-2019, 16:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.