Artıq ödənilmiş vergilər necə geri qaytarlmalıdır? - QAYDA
Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılması Vergi Məcəlləsinin 85.5-ci, 87-ci və Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" əsasında həyata keçirilir.
Dia.az məlumat verir ki, vergi hüququ üzrə ekspert Sirac Piriyevin bildirdiyinə görə, artıq ödənilmiş vergilər vergi ödəyicisinin digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olduqda, ilk növbədə onların ödənilməsinə aid edilir. Həmçinin artıq ödənilmiş vergilər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına da aid edilə bilər. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün vergi ödəyicisi Qaydaların 3-cü bəndinə uyğun olaraq qeydiyyatda olduğu və ödənilən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən vergi orqanına müvafiq ərizə ilə müraciət etməlidir.
Qaydaların 4.10-cü bəndinə görə yerli vergi orqanı 25 gün ərzində müvafiq rəy tərtib edərək aidiyyəti maliyyə orqanına təqdim etməlidir. Maliyyə orqanı isə 20 gün ərzində qaytarılmalı məbləği vergi ödəyicisinin bank hesabına köçürülməsini təmin etməlidir.
Vergi ödəyicisi tərəfindən ərizə verildiyi tarixdən 45 gün ərzində artıq ödənilən məbləğlər geri qaytarılmazsa, gecikdirilən hər gün üçün müvafiq məbləğin 0,1 faizi həcmində faizlər ödənilməlidir. Bununla bağlı vergi ödəyicisi yenidən müvafiq ərizə ilə yerli vergi orqanına müraciət edir.
Onu da bildirək ki, vergi ödəyiciləri artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılmasını Vergi Məcəlləsinin 85.5-ci maddəsinə uyğun olaraq 5 il ərzində tələb etmək hüququna malikdirlər.
Fins
Paylaş:
Müəllif : Yazar
Tarix:24-10-2019, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-10-2019, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?