“Biz öz cavabımızı verəcəyik” - Zelenski

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır”.
“Ukrinform” agentliyi xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini veriblər”, - deyə Zelenski bildirib.
Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb: “İndi qaldırılan yeganə sual enerji sektoruna zərbə vurmamaqdır. Hələlik əlavə məlumatım yoxdur. Düşünürəm ki, rusların amerikalılara nə təklif etdiyini və ya amerikalıların ruslara nə təklif etdiyini təfərrüatlarını bilsək, düzgün olardı”.
Dövlət başçısı qeyd edib ki, Amerika tərəfi Ukrayna ilə razılaşmalara hörmətlə yanaşaraq, Ciddədə Ukrayna ilə müzakirə olunan təklifləri irəli sürüb.
“Amerika Prezidentindən, Amerika tərəfdən təfərrüatları aldıqdan sonra biz öz cavabımızı verəcəyik, onu hazırlayacağıq və komanda texniki danışıqlara hazır olacaq”, - deyə Zelenski bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2025, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?