Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.
Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabil keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.
"Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir.
Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. İftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir.
Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları qorumalıdır", - məlumatda bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2025, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?