Şahzadə Harri həbs oluna bilər
ABŞ məhkəməsi Britaniya şahzadəsi Harrinin Amerika vizası ilə bağlı sənədlərin dərci barədə qərar qəbul edib. Bu qərar hazırda həyat yoldaşı Meqan Markl və iki uşağı ilə birlikdə ABŞ-da yaşayan Sasseks hersoqu üçün ciddi nəticələrə səbəb ola bilər.
Bu barədə "Bloomberg" xəbər verir.
Bildirilir ki, məhkəmə "Heritage Foundation"ın mühafizəkar tədqiqat mərkəzinin sorğusunu nəzərdən keçirərək, Daxili Təhlükəsizlik Nazirliyinin şahzadə Harrinin sənədlərini 18 mart tarixindən gec olmayaraq dərc etməli olduğuna qərar verib. Beləliklə, ictimaiyyət kral III Çarlzın oğlunun viza alarkən qanunu pozub-pozmadığını öyrənə biləcək.
Problem ondan ibarətdir ki, şahzadə Harri 2023-cü ildə avtobioqrafiyasında keçmişdə narkotik istifadə etdiyini etiraf edib. Halbuki o, 2022-ci ildə ABŞ vizası alıb və müraciət ərizəsində narkotik maddələrin qəbulu haqqında bənd var. Əgər şahzadə bu suala müsbət cavab versəydi, vizanı yalnız xüsusi icazə ilə ala bilərdi.
Avtobioqrafiyanın nəşrindən sonra "Heritage Foundation" ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən şahzadə Harrinin anketini açıqlamağı tələb edib, lakin qurum buna imtina cavabını verib. Bundan sonra fond məhkəməyə müraciət edib.
ABŞ qanunlarına görə, əgər şahzadə Harrinin viza ərizəsində yalan danışdığı sübut olunarsa, ona deportasiya, cərimə və ya hətta beş ilə qədər azadlıqdan məhrum edilmə təhlükəsi yarana bilər.
Qeyd etmək lazımdır ki, fevral ayında ABŞ Prezidenti Donald Tramp şahzadə Harrinin ölkədən deportasiya edilməsi ehtimalını təkzib edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2025, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir