Nazirlər Kabinetinin bu ixtisasların olmadığından xəbəri yoxdur? - Ekspert yeni qərardan danışdı

"Bir neçə gün öncə Nazirlər Kabineti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərar imzalamışdı. Qərara əsasən təhsilin bütün pillələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2010-cu illər müqayisədə artırılmışdı. Buna sözüm yox, məsələ odur ki, Nazirlər Kabineti olmayan ixtisaslara hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarını artırmışdı".
Bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabineti olmayan ixtisasın xərclər simetasını müəyyən edib:
"Belə ki, Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli qərarı ilə Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"ında ixtisasların sayı azaldılıb. Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.
Misal üçün yeni təsnifatda Kitabşünaslıq, Kinoşünaslıq, Teatrşünaslıq, Dağ – mədən mühəndisliyi, Geologiya mühəndisliyi, Elektrik mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Baytarlıq, Tibbi profilaktika, Malicə işi, Dünya iqtisadiyyatı, Kommersiya, Mühasibat uçotu və audit, Rəqas müəllimiyi və bir çox ixtisaslar olmasa da, təhsilalana düşən təhsil xərclərinin miqdarı siyahısında bu ixtisasların adı var. Yəni, olmayan ixtisasın xərclər simetası müəyyən olunub".
Ekspert bildirib ki, yanlış anlaşılmalara səbəb olmamaq üçün yeni maliyyələşmə mexanizmi bu il qəbul olunan digər qərarla uyğunlaşdırılmalıdır:
"Maraqlıdır ki, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərar 3 oktyabr 2019-cu ildə imzalanıb və 2019-cu il sentyabrın 1-dən tətbiq edilir. Amma Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı" haqqında qərar 11 fevral 2019-cu il tarixində imzalanıb və 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minib.
Hesab edirəm ki, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərar Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı "haqqında qərara yenidən uyğunlaşdırılmalıdır".
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-10-2019, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-10-2019, 11:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?