Azərbaycanda çox adam bu maşınları alır - Səbəbi bilindi
Son illər Azərbaycanın avtomobil bazarında Uzaq Şərq ölkələrinin - Çin, Yaponiya və Cənubi Koreyanın istehalı olan maşınlara tələbat kəskin artıb. Statistikalara görə, xüsusən Çin və Yaponiya markaları artıq “Mercedes”, “BMW”, “Opel” “Wolksvagen” kimi Avropa nəhəngələrini geridə qoyur. Müşahidə olunan tendensiyanın isə müxtəlif səbəbləri var. Başlıca olaraq, bu ölkələrə məxsus nəqliyyat vasitələri daha dözümlü və yanacaq sərfiyyatı baxımından daha qənaətcildir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, hazırda ölkə bazarında 20-dən çox Çin avtomobil markası fəaliyyəti göstərir:
“İlk olaraq Çini götürsək, deyə bilərik ki, bu ölkədə avtomobil sənayesi olduqca güclü inkişaf edib və bizim ölkəmizdə də bu maşınlara maraq çoxdur. Artıq 20-dən çox Çin avtomobil brendi Azərbaycan bazarında fəaliyyət göstərir. Digər tərəfdən, ayrı-ayrı adamlar tərəfindən maraq üçün Çinin özündə istifadə edilən avtomobillər də ölkəmizə gətirilir. Bu ölkədən gətirilən maşınların 99 faizi yeni avtomobillərdir. Koreya və Yaponiyaya gəlincə isə, hər iki ölkədən az işlənmiş və yaşı 10 ilə qədər olan maşınlar idxal edilir. Lakin onu da qeyd edim ki, Yaponiyadan gətirilən bəzi maşınların rolu sağdan sola keçirilmiş olur və bu bəzən qəzalara səbəb ola bilir. Lakin hər iki ölkənin maşınları ölkəmizdə geniş tələb kütləsinə malikdir”. vakansiyalar
Eyyub Əliyev qeyd edib ki, bazarda liderlik Yaponiya brendlərinə məxsusdur:
“Bu 3 ölkə arasında Yaponiya brendləri bazarın lideridir. Başda “Toyota” olmaqla, digər yapon markaları da ölkəmizdə olduqca sevilir və qəbul olunur. Düzdür, artıq dəbdə Çin avtomobilləridir, amma dözümlülük və keyfiyyət baxımından insanlarımızın seçimi daha çox yapon maşınlarıdır. Təbii ki, Çin maşınlarının da üstün parametrləri çoxdur, ancaq Yaponiya markaları ölkəmizdə çoxdan satılır və onlar daha çox güvən qazanıblar. Hazırda Çin maşınları Avropa markalarını geridə qoyub və gələcəkdə Yaponiya istehsalı avtomobillərlə başabaş rəqabət apara bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-09-2024, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi