Tələbələrə yataqxana və nəqliyyat üçün də kredit veriləcək? - Rəsmi AÇIQLAMA
Təhsil Tələbə Krediti Fonduna (TTKF) məxsus elektron portalda 52 min ətrafında müraciət qeydə alınıb, 40 minə yaxın rəsmiləşmə həyata keçirilib.
Məlumata görə, bunu TTKF-in İdarə heyətinin sədri vəzifəsini icra edən Bəhruz Əzimov deyib.
O qeyd edib ki, yeni müraciət dövrü açıq olduğundan bu rəqəm sürətlə dəyişir. Bu semestr üçün daxil olan 6000-ə yaxın müraciətdən 3000-dən çoxuna razılıq verilib. "Proses fevralın sonunadək davam edəcək. 10 mindən çox müraciət və 10 min ətrafında rəsmiləşmə olacağını gözləyirik. Hətta daha çox da ola bilər, çünki hər semestrdə müraciət sayında və rəsmiləşmədə artan dinamikanı müşahidə edirik", - o, nazirliyin rəsmi qəzetinə müsahibəsində vurğulayıb. vakansiyalar
Bəhruz Əzimovun sözlərinə görə, təhsil tələbə krediti dövlətin vətəndaşa qayğısının göstəricisidir:
"Fondun yaranmasının başlıca məqsədi əhalinin həssas qruplarının təhsilə çıxış imkanlarını asanlaşdırmaq, hər kəs üçün bərabər imkanlar yaratmaq, təhsilin əhatə dairəsini genişləndirmək, eyni zamanda təhsilin keyfiyyətinə təsir göstərməkdir. Fond uyğun şərtlərlə kredit verir. Kreditdən istifadə dövründə tələbə yaxşı oxuyarsa, çoxlu fayda əldə edir, bir çox güzəştlərdən istifadə etmək imkanı qazanır. Məsələn, tələbənin əldə etmiş olduğu kredit gələcəkdə, geri ödəmə zamanı faizsiz, eyni zamanda standart kredit götürən tələbə “əlaçı” oxuyaraq məbləğin 25 faizinin, sosial kredit alan isə 50 faizinin bağışlanmasına nail ola bilər. Bu şərt təhsil kreditindən yararlanan tələbəni daha yaxşı oxumağa həvəsləndirir. Nəticə etibarı ilə tələbəni öztəhsil göstəricilərini yaxşılaşdırmağa həvəsləndirərək təhsilin də keyfiyyətinə təsir göstəririk".
O qeyd edib ki, tələbələrin dəstək ola biləcəyimiz yataqxana, nəqliyyat, yemək, təlimlər, dərslik kimi xərcləri ola bilər. Sədr əvəzinin sözlərinə görə, ilk müzakirələr yataqxana xərclərinə dəstək vermək məqsədi ilə aparılıb, bir sıra araşdırmalar, təhlillər olub.
"Bunun üçün nə qədər vəsaitin tələb olunması, kreditdən istifadə edəcək tələbələrin xüsusi çəkisi müəyyənləşdirilməlidir. Bununla bağlı yaxın olmasa da, gələcək planlarımız var" - deyə o qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-09-2024, 12:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi