Rusiya separatçı bölgələrdən çəkilib öz ərazisinin problemləri ilə məşğul olmalıdır.

Dünən Rusiyada, Dağıstanda terrorçuların hücumu nəticəsində 15 nəfər polis, bir neçə mülki şəxs həlak olub.
Dəfələrlə publik çıxışlarımızda demişik ki, Rusiya mütləq qonşularına təhdid yaratmayan, sivil ölkəyə çevrilməlidir, aqressiv və qaba dövlət olmamalı, öz qınına çəkilməlidir, amma dağılması böyük fəlakətlərə yol aça bilər. Azərbaycanın şimal sərhəddi boyu qeyri-sabit, kiçik və bir-biri ilə və hamı ilə düşmənçilik edəcək “ölkələrin”, həmin “ölkələrdə” başıpozuq dəstələrin formalaşmasına səbəb olacaq ki, daim bizə qarşı təhdid yarada biləcək durum yarana bilər.
Rusiya Çeçenistan da daxil Şimalı Qafqaza ildə 9-10 mlrd. dollar dotasiya ayırır, həmin kiçik etnik muxtar qurumlarda iqtisadiyyat yoxdur, Rusiyanın mərkəzi büdcəsindən ayrılan vəsait olmasa, əvvəl bir-birlərinə, sonra ətraflarına saldıracaqlar, xaotik və qeyri-sabit bir coğrafiya ilə sərhəd olacağıq.
Rusiya işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan çəkilib həmin bölgələrin Gürcüstana qayıtmasına mane olmamalı, öz ərazisinin problemləri ilə məşğul olmalıdır. Ümumiyyətlə, Cənubi Qafqazdan Rusiyanın çəkilməsi bizim bölgəni rahatladacaq, öz ərazisi olan Şimali Qafqazla məşğul olmağa Moskvanın daha çox zamanı və resursu olacaq.
P.S. Bu gün Bakıda öz vəzifə borcunu yerinə yetirən 3 polis əməkdaşı həlak olub, Allah rəhmət eləsin, ailələrinə səbr versin...
Natig Cəfərli
Paylaş:
Müəllif : Fuad
Tarix:25-06-2024, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?