Öz qızlarına qarşı əxlaqsızlıq etmişdi - Bu cəza verildi

Abşeron rayonu ərazisində yaşadıqları evdə iki qızına qarşı əxlaqsız hərəkətlər etmiş 42 yaşlı kişi cinayət məsuliyyətinə cəlb edilib.
Barəsində Cinayət Məcəlləsinin 153.3-cü(16 yaşa çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər-onu tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılmış Natiq Zamanova (ad-soyad şərtidir) hökm oxunub.
Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə N.Zamanov törətdiyi əməlləri etiraf edib və özünü təqsirli bilib. Onun valideyn kimi himayəsində yaşayan yetkinlik yaşına çatmayan qızlarını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yaşadığı evdə zor tətbiq etmədən 2 övladına qarşı əxlaqsız hərəkətlər törətməsi qeyd edilib. Məlum olub ki, qızlar təhsil aldıqları orta məktəbdə psixoloqla söhbət zamanı atalarının əməlləri barədə danışıblar. Daha sonra direktora bu barədə bildirilib və yeniyetmələrin anası məlumatlandırılıb.
Məktəbdən Abşeron RİH-yə və oradan sığınacağa göndərilən qızlar bir müddət psixoloji yardım alıblar.
Məhkəmədə hər iki qız və anaları Natiqdən şikayətçi olmadıqlarını və onunla barışdıqlarını bildiriblər.
Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə N.Zamanova 2 il 2 ay həbs cəzası verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-05-2024, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?