Narkozda ölən xəstəyə görə cinayət işi başlandı

Qəbələdə həkim səhlənkarlığı ilə bağlı cinayət işi başlanıb.
Rayon prokurorluğundan verilən məlumata görə, 1990-cı il təvəllüdlü İsmayıllı rayon sakini Murad Süleymanlının yanvarın 14-də Qəbələ Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı M.Süleymanlının xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.
Xatırladaq ki, bir müddət öncə sözügedən hadisə ilə bağlı Orxan Süleymanlı "Qafqazinfo"ya müraciət edərək qardaşı M.Süleymanlının ölümündə həkimləri günahlandırmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2023, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?