Bu içki koronavirusla mübarizəyə yardım edir

Adaçayı və perilla əsasında hazırlanmış çay koronavirusun aktivliyini azaldır.
Bu barədə adı çəkilən otlardan olan çayın koronavirusa yoluxmuş hüceyrələrə təsirini araşdıran Essen Universiteti Xəstəxanasının Virusologiya İnstitutunun alimləri bildiriblər.
Mütəxəssislər içkini hazırlayarkən əvvəlcə onları qaynama həddinə çatdırıblar, sonra isə suyun bitki komponentləri ilə maksimum doymasını təmin etmək üçün çayı iki saat ərzində 60° C-də dəmləyiblər.
Eksperimentin nəticələrinə görə, koronavirus infeksiyasının çoxalmasını əhəmiyyətli dərəcədə yatırmaq üçün adaçayı və perilla ilə hazırlanmış çayın cəmi 30 dəqiqəlik təsiri kifayətdir. Mütəxəssislər qeyd edirlər ki, söhbət ümumi antiviral təsirdən getmir, çünki herpes virusu üzrə sınaqlarda bu cür effektə nail olmaq mümkün olmayıb.
Alimlərin sözlərinə görə, bu otlar əsasında hazırlanan çaylar COVID-19-a qarşı profilaktik tədbir kimi istifadə edilə bilər, lakin onların araşdırmalarının nəticələri hələ digər alimlər tərəfindən də qiymətləndiriləcək. (Report)
Paylaş:
Müəllif : Fuad
Tarix:21-11-2020, 12:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-11-2020, 12:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT