İnsanı tez qocaldan qidalar

Həddindən artıq “fast-food”, yağlı və duzlu qidalar, həmçinin marqarinli və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır.
Qidalardakı trans yağları ürək xəstəliyi riskini artırmaqla yanaşı, damarlarınızı da zədələyir. Dəridə qan axını yavaşlayır və bu erkən yaşlanmağa səbəb olur.
Həddindən artıq şəkər istehlakı da qlikasiya adlanan prosesi sürətləndirir. Bu proses bədəndəki zülalları və lipidləri zədələyir, kollagenə təsir edir və qırışların yaranmasına kömək edir, çünki zülallar və lipidlər dərinin elastikliyinə cavabdehdir.
Duz isə bədəndə mayenin çıxmasının qarşısını alır və nəticədə bədəndə şişkinlik yaranır. Bundan əlavə, suyun hüceyrələrdən çıxarılmasına səbəb olan duz susuzluq əmələ gətirir. Bədən susuzlaşdıqda dəri qırışır və daha sürətlə qocalır.
Çoxlarının sevdiyi kolbasa və sosiskalarda çox miqdarda duz və konservant maddələr var. Bu qidalar kollagen istehsalı üçün çox vacib olan “C” vitaminin səviyyəsinə mənfi təsir göstərir. Buna görə həkimlər qırmızı ət istehlakının azaldılmasını tövsiyə edirlər.
Mütəxəssislər hesab edir ki, kofein də bədəni susuzlaşdırır. Bunun qarşısını almaq üçün: hər fincan qəhvədən sonra bir stəkan su için və dərinizi nəmləndirməyi unutmayın.
Nəhayət, qızardılmış kartof, ədvalı qidalar və kömürlə qızardılan ətlər epidermal hüceyrələrə zərər verir. Acılı qidalar qan damarlarını genişləndirir, qızartı və şişməyə səbəb olur. Kartof və digər yağda qızardılmış qidalarda dərini qocalda bilən sərbəst radikallar mövcuddur. (Report)
Paylaş:
Müəllif : Fuad
Tarix:19-11-2020, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-11-2020, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT